Surqutdan Azərbaycana 2,9 min kubmetr taxta məhsulları idxal edilib

2022.12.08 16:20 (UTC+04:00)

Azərbaycan Surqut vilayəti ərazisindən ağac məhsullarının əsas idxalçıları arasında birinci yerdə qərarlaşıb.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, ilin əvvəlindən vilayət ərazisindən Azərbaycana 2904 kubmetr taxta məhsulları tədarük edilib.

İdxalçı ölkələr arasında ikinci yerdə Özbəkistan (1780 kubmetr), üçüncü yerdə isə Qazaxıstan (415 kubmetr) qərarlaşıb. Ümumilikdə Xidmətin rayon şöbəsi tərəfindən qeyd olunan ərazidə 5099 kubmetr taxta məhsulları sertifikatlaşdırılıb.