Azərbaycan və Rusiya arasında daha bir saziş imzalanacaq

2022.12.08 12:08 (UTC+04:00)

Azərbaycan və Rusiya hökumətləri arasında karantin və bitkilərin mühafizəsi üzrə əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

"vergiler.az" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında keçirilən danışıqlarda bildirilib.

Tərəflər Sazişin yüksək səviyyədə hazır olduğunu məmnunluqla qeyd edərək, onun imzalanmasının ölkələr arasında ticarət və işgüzar əlaqələrin inkişafına kömək edəcəyini, bitki mənşəli, pestisidlərin və aqrokimyəvi maddələrin əmtəə axınını tənzimləyəcəyini və sadələşdirəcəyini qeyd ediblər.