Rusiyanın icbari nəqliyyat sığortası Azərbaycanda əlçatan ola bilər

2022.12.07 17:38 (UTC+04:00)

Azərbaycandan Rusiyaya nəqliyyat vasitəsilə səfərl edənlər üçün icbari avtonəqliyyat sığortası polislərinin satışı xidməti istifadəyə verilə bilər. “vergiler.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ümumrusiya Sığortaçılar İttifaqının prezidenti Yevgeni Ufimtsev deyib.

Onun sözlərinə görə, Belarusda bu xidmət 2023-cü ilin ikinci rübündə istifadəyə veriləcək: “İllik sığorta müqaviləsi bağlayan vətəndaş onun Rusiyaya da şamil olunmasını əlavə seçim kimi daxil edə biləcək. Tarif sığortaçılar tərəfindən Rusiya Bankı ilə razılaşdırılacaq. Hazırda qanunvericiliyin sinxronlaşdırılması baxımından Belarusla bu prosesə başlamaq daha asandır. Gələcəkdə isə bu xidmətin digər ölkələrdə: Qazaxıstan, Ermənistan və Azərbaycanda əlçatan etmək niyyətindəyik”.