Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm ehtiyatları öyrənilir

2022.12.07 16:48 (UTC+04:00)

Azərbaycanın tibbi turizm sahəsində böyük potensialı mövcuddur və ölkədə bu sahəyə xüsusi diqqət yetirilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “vergiler.az”a verilən məlumata görə, bunu Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev, Moskvada keçirilən müalicə-sağlamlıq turizmi forumu (MED TOURİSM-2022) çərçivəsində çıxış edərkən deyib.

O, ölkə ərazisində Naftalan nefti, Qalaaltı sanatoriyasının, Masallıda istisu, Naxçıvanda Duzdağ mənbələrinin bir çox ölkələrdə tanındığını bildirib.

Assosiasiyasının sədri hazırda işğaldan azad edilən ərazilərin və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatlarının öyrənildiyini, bu istiqamətdə gələcək fəaliyyətin müəyyənləşdirildiyini qeyd edib.

Forum çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları imzalanıb.