Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşüb.
Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı sahəsində əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və bu sahədə Azərbaycan təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub.
Eyni zamanda rəqəmsallaşma istiqamətində əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dair müzakirə aparılıb.