Bu ilin oktyabr ayında İtaliya Azərbaycandan 782,2 min ton neft idxal edib ki, bu da sentyabr ayının göstəricisini 83,2 min ton və ya 11,9 faiz üstələyir.
“vergiler.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ekoloji Keçid Nazirliyinin hesabatında bildirilir.
Qeyd edək ki, oktyabrın yekunlarına görə, Azərbaycan İtaliyaya neft ixrac edən ilk üç ölkə arasında üçüncü yerdə qərarlaşıb. Ümumilikdə oktyabrda İtaliyaya neft idxalı 5,36 milyon ton təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1,9 faiz çoxdur.
Əsas tədarükçülər Rusiya (1,1 milyon ton), Liviya (909,9 min ton) və Azərbaycan (782,2 min ton) olub.
Bu ilin yanvar-oktyabr aylarında isə İtaliya 52,2 milyon ton neft idxal edib.