Rusiya Azərbaycanla Samur çayı üzərində, “Yaraq-Qazmalar” keçid məntəqələri ərazisində avtomobil körpüsünün istismarı və xidmət qaydası haqqında ayrıca saziş imzalayacaq.
“vergiler.az” Rusiya mənbələrinə istinadən xəbər verir ki, sazişin 4-cü maddəsinə uyğun olaraq körpü tərəflərin bərabər paylarda ümumi mülkiyyəti sayılır.
Sazişin 5-ci maddəsində qeyd olur ki, avtomobil körpüsünün istismarı tərəflərin qanunvericiliyinə əsasən, 12 il müddətində növbəli qaydada həyata keçiriləcək.
Yol körpüsünün istismarı ilə bağlı bütün xərcləri tərəflər bərabər payda ödəyəcəklər.