Azərbaycan şirkətlərinin Dağıstana biznes missiyası gözlənilir

2022.12.06 10:08 (UTC+04:00)

Dekabrın 7-dən 11-dək Azərbaycan şirkətlərinin nümayəndələrinin Dağıstana biznes missiyası baş tutacaq.

vergiler.az” Dağıstanın İxraca Dəstək Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə turizm, elektrik avadanlıqlarının satışı, qida və qida sənayesi, daşınmaz əmlak sektoru, eləcə də tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər daxildir.

Azərbaycan şirkətlərinin nümayəndələri əməkdaşlıq qurmaq və ixrac müqavilələri bağlamaq məqsədilə Dağıstan müəssisələrinə səfər edəcəklər.