AÇG və "Şahdəniz" üzrə gəlirlər artıb

2022.12.05 17:26 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları üzrə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 9 161,0 mln. ABŞ dolları təşkil edib.

vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 889,0 mln. dollar və ya 73,7 faiz çoxdur.

Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 85,7 faiz və ya 626,293 mln. dollar artaraq 1 357 mln. dollar təşkil edib.

O cümlədən cari ilin ilk 11 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,567 mln. dollar əldə olunub ki, bu da illik nisbətdə 18,1 faiz və ya 50,389 mln. dollar çoxdur.