Özbəkistanla bağlı yükdaşımaların həcmi 2 dəfədən çox artıb

2022.12.05 16:57 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Özbəkistanla bağlı yükdaşımalarının həcmi 220 min tona çatıb ki, bu da ötən ilin ümumi göstəricisini 125 min ton və ya 2,3 dəfə üstələyir.

vergiler.az” “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express”in yaydığı məlumata istinadən xəbər verir ki, daşınan yüklərin 98 faizi tranzit yüklərin payına düşüb.

“Nəql olunan 200 min tona yaxın yük Özbəkistanın ixrac yüklərinin payına düşür, qalan hissə isə idxal yüklərinə aiddir. Hər iki istiqamətdə daşımalar Xəzər dənizi üzərindən həyata keçirilib”, - məlumatda bildirilir.