Azərbaycan “OPEC plus”un neft bazarının tənzimlənməsinə dair mövqeyi ilə həmrəydir

2022.12.05 09:51 (UTC+04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilən qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilən öhdəlikləri sabit saxlanılır.

Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barel həcmində olmaqla dəyişməz qalır.

“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb.