İşğaldan azad edilmiş ərazilərdə tullantıların idarə edilməsinə dair strategiya hazırlanacaq

2022.12.01 15:11 (UTC+04:00)

Bunu “vergiler.az”a “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

Onun sözlərinə görə, hazırda ASC tərəfindən bu ərazilərdə müvəqqəti idarəetmə işləri həyata keçirilir.

“Artıq strategiyanın hazırlanması üçün məsləhətçi şirkət cəlb olunub. Strategiya qəbul olunduqdan sonra ona uyğun işlər görüləcək. Bu ərazilərdə poliqonların yaradılması, yükləmə-boşaltma məntəqələrinin tikilməsi nəzərdə tutulur”, - E.Abbasov qeyd edib.