Bankların kredit portfeli 17 faizədək artıb

2022.11.30 11:37 (UTC+04:00)

Bu ilin oktyabr ayında bankların kredit portfeli sentyabr ayına nisbətdə 1,6 faiz (313,6 milyon manat) artaraq 19 470,8 milyon manat təşkil edib.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ümumilikdə cari ilin yanvar-oktyabr aylarında bankların kredit portfeli 16,9 faiz və ya 2 811,7 milyon manat artıb.

Bankların cəmi kredit portfelinin 56 faizini (10 912,6 milyon manatı) biznes kreditləri, 29,3 faizini (5 696,7 milyon manatı) istehlak kreditləri, 14,7 faizini (2 861,5 milyon manatı) isə ipoteka kreditləri təşkil edib.

Biznes portfelinin 10,3 faizi və ya 1 120,1 milyon manatı dövlət fondları hesabına verilib.