Almanın ixrac dəyəri artıb

2022.11.29 11:16 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 33 245,65 min dollar dəyərində 51 678,72 ton alma ixrac edilib.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 20,4 faiz, həcm baxımından isə 0,5 faiz çoxdur.

Bu ilin oktyabr ayında ölkədən 7 361,57 min dollar dəyərində 11 877,32 ton sözügedən məhsul ixrac olunub ki, bu da sentyabr ayı ilə müqayisədə həm dəyər, həm də həcm baxımından 3,4 faiz azdır.

Qeyd edək ki, cari ilin ilk 10 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,1 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,39 faizə bərabər olub.