Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) banklarla birgə böyük layihələr icra edir. "vergiler.az" xəbər verir ki, bu barədə KOBİA-nın sədri Orxan Məmmədov VI Beynəlxalq Bankçılıq Forumunda məlumat verib: "Biz ayrı-ayrı banklarla birgə böyük layihələr icra etmişik və bu gün də belə layihələri davam etdiririk. Belə layihələrdən biri KOBİA və Rabitəbankın birgə həyata keçirdiyi “Biznesdə Qadınların Gücü” adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir".