AYİB 2022-ci ildə Azərbaycanda ÜDM artımını 4,5 faiz səviyyəsində proqnozlaşdırır

2022.11.23 13:30 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə Azərbaycanın iqtisadi artımının 4,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

vergiler.az” xəbər verir ki, bu barədə AYİB-in “Transition Report 2022-23” hesabatında bildirilir.

Qeyd olunur ki, enerji daşıyıcılarının qiymətləri və Azərbaycan qazına tələbat qısa müddətdə yüksək olaraq qalacaq ki, bu da ümumi iqtisadi vəziyyəti dəstəkləyəcək.

Proqnozlara əsasən, yüksək neft və qaz qiymətləri səbəbindən 2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 31,7 faizini təşkil edəcək ki, bu da 2021-ci ilin eyni göstəricisini 16,5 faiz bəndi üstələyir.