Alüminium ixracı 3 dəfədən çox artıb

2022.11.22 17:35 (UTC+04:00)

Bu ilin oktyabr ayında Azərbaycandan 17 699.11 min ABŞ dolları dəyərində 7 566.08 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, sentyabr ayı ilə müqayisədə dəyər ifadəsində 3 dəfədən, həcm ifadəsində isə 3,7 dəfədən çoxdur.

Ümumilikdə cari ilin yanvar-oktyabr ayları ərzində ölkədən 176 229.08 min dollar dəyərində 51 569.63 ton məhsul ixrac olunub. Bu, 2021-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 25,7 faiz çox, həcm baxımından isə 2 faiz azdır.

Qeyd edək ki, cari ilin ilk 10 ayında alüminiumun ümumi ixracda xüsusi çəkisi 0,51 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,39 faizə bərabər olub.