Bu günədək fermerlər tərəfindən 275 327 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, hazırda ölkə üzrə pambığın orta məhsuldarlığı 26.41 sent/ha təşkil edir.
Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.
Artıq birinci yığım başa çatmış bəzi bölgələrdə pambığın ikinci yığımı başlayıb.
Xatırladaq ki, bu il 16 rayonda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonların ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə ölkə üzrə pambıq əkini sahələrinin 45 faizdən çoxu bu 4 rayonun payına düşür.