Azərbaycan buğda idxalını artırıb

2022.11.18 14:36 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 330 009.57 ABŞ dolları dəyərində 956 274.40 ton buğda idxal edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 34 faiz, həcmi isə 7,4 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,85 faizinə bərabər olub.