Bu il ölkənin 9 rayonunda çəltik əkini aparılıb və çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, cari ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.
Bugünədək sahələrdən 11548,12 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur.
Bu il 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub.
Qeyd edək ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur.