İlin ilk 10 ayında 111,0 milyard manatl­ıq ÜDM istehsal olun­ub

2022.11.14 17:35 (UTC+04:00)

Bu ilin yanvar-oktya­br aylarında ölkədə 111,0 milyard manat­lıq və ya əvvəlki il­in eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhs­ul istehsal olunub.

"vergiler.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqt­isadiyyatın neft-qaz sektorunda əlavə də­yər 2,4 faiz azalıb, qeyri-neft-qaz sek­torunda isə 9,7 faiz artıb.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət, nəql­iyyat vasitələrinin təmiri, 5,9 faizi nə­qliyyat və anbar tə­sərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşd­irilməsi və ictimai iaşə, 1,3 faizi inf­ormasiya və rabitə sahələrinin, 14,0 fai­zi digər sahələrin payına düşüb, məhsula və idxala xalis ve­rgilər ÜDM-in 7,5 fa­izini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olub.