Orta Dəhliz vasitəsilə Çindən Şərqi Avropaya quru nəqliyyatını inkişaf etdirmək üçün yaxşı imkan var. “vergiler.az” xəbər verir ki, bu barədə Portuqaliyanın “Diário de Notícias” nəşrinə müsahibəsində Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib. Onun sözlərinə görə, Qazaxıstan Çindən Avropaya gedən yolda ilk ölkədir və əsas komponent Avropa ilə Asiyanı yenidən quru yolu ilə birləşdirəcək keçmiş İpək Yolunun bərpasıdır.
“Hazırda dəniz ticarəti də böyükdür. Biz Çindən Avropaya dəniz yolu ilə daşınan malların həcmi ilə rəqabət aparmağa iddialı deyilik. Lakin geosiyasi təlatümləri nəzərə alaraq, Çindən, Qazaxıstandan və təkcə Çin və Qazaxıstandan deyil, həm də Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropadan keçən Orta Dəhliz vasitəsilə quru nəqliyyatını inkişaf etdirmək üçün yaxşı imkan var”, - deyə nazir müavini qeyd edib.