Azərbaycan təbii qaz hasilatını 7%-dən çox artırıb

2022.11.12 11:12 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 38,4 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, qazın 11,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 20,7 milyard kubmetri “Şahdəniz”dən, 6,6 milyard kubmetri isə SOCAR üzrə hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, yəni 2,6 milyard kubmetr artımla qaz hasil edilib.