“S&P Global” beynəlxalq reytinq agentliyi 2022-ci ildə Azərbaycanın ÜDM artımını 4% səviyyəsində proqnozlaşdırır.
“vergiler.az” xəbər verir ki, bu barədə agentliyin “2022-ci ilin 4-cü rübü üçün EMEA regionunda maliyyə institutlarının monitorinqi” hesabatında deyilir.
S&P iyul ayı proqnozunda Azərbaycanda 2021-ci ildə 5,6% bərpadan sonra 2022-ci ildə 3,5% iqtisadi artım gözləyirdi ki, bu da əsasən qaz hasilatının artımını, qeyri-neft sektorunda canlanmanı və neft hasilatının cüzi azalmasını əks etdirirdi.
Aprel proqnozunda isə ölkə iqtisadiyyatının 1,3 faiz bəndi artacağı bildirilirdi. Bununla yanaşı, yeni proqnozda 2023 və 2024-cü illərdə ÜDM-in artım tempi 1,5%, 2025-ci ildə isə 1% səviyyəsində müəyyən edilib.