“vergiler.az” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Bolat Akçulakov bildirib.
Onun sözlərinə görə, neft ixracının şaxələndirilməsi üçün xüsusi yol xəritəsi hazırlanıb. Söhbət Aktau dəniz limanı vasitəsilə Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gedən istiqamətdən gedir.
“Həmçinin Bakı-Supsa və Bakı-Batumi limanlarında bizim terminalımız var. Üstəlik, Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu ilə bir istiqamət də mövcuddur. Bundan əlavə, Çinə istiqamət var. Onların hamısı üzrə hazırda neft ixracı potensialının genişləndirilməsi və artırılması istiqamətində işlər aparılır. O cümlədən, indi bizim 2023-cü il yanvarın 1-dən Bakı-Tbilisi-Ceyhan vasitəsilə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı müqaviləmiz var. Onun gələcəkdə 6-6,5 milyon tona çatdırılması üzərində işlər aparılır”, - deyə nazir qeyd edib.