AÇG və "Şahdəniz" üzrə gəlirlər artıb

2022.11.05 16:29 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr ayları üzrə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 8 326 mln. ABŞ dolları təşkil edib.

vergiler.az”ın Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 713.9 mln. dollar və ya 80,5% çoxdur.

Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 2,6 dəfə və ya 747.079 mln. dollar artaraq 1 209 mln. dollar təşkil edib.

O cümlədən cari ilin ilk 10 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,567 mln. dollar əldə olunub ki, bu da illik nisbətdə 2,4 dəfə və ya 193.332 mln. dollar çoxdur.