Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 6791.26 min. ABŞ dolları dəyərində 5994.7 ton qarabaşaq idxal edilib.
"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 3.9 dəfə, həcm ifadəsində isə 2.9 dəfə artım deməkdir.
Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox Rusiyadan idxal olub. Bu ölkə hesabat dövründə Azərbaycana 6654,14 min dollar dəyərində 5881.95 ton qarabaşaq ixrac edib. Bu göstərici dəyər və həcm baxımından müvafiq olaraq 3.8 dəfə və 2.9 dəfəyədək artıb.
Dəyər ifadəsində ikinci ölkə isə Qazaxıstan olub. Bu ölkədən cari ilin ilk səkkiz ayında Azərbaycana 136.06 min. dollarlıq 112.5 ton qarabaşaq tədarük edilib.
Üçüncü yerdə olan Litvadan isə hesabat dövründə ölkəyə 0.22 min. dollar dəyərində 0.05 ton qarabaşaq göndərilib. Qeyd edək ki, ötən ilin eyni dövründə həm Qazaxıstandan, həm də Litvadan Azərbaycana bu məhsul idxal edilməyib.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 2,94 min dollar dəyərində 1,8 ton qarabaşaq ixrac edilib ki, bu da 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 40,8%, həcm baxımından isə 40,4% azdır.