Azərbaycan və Türkiyə işgüzar dairələri birgə fəaliyyət perspektivlərini müzakirə ediblər

2022.11.04 17:26 (UTC+04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Türkiyənin işgüzar dairələri arasında görüş keçirilib.

ASK-dan “vergiler.az”a verilən məlumata görə, görüşdə Konfederasiyanın prezidenti Məmməd Musayev, Türk Ticarət və Sənaye Palatasının sədri, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıqlıoğlu iştirak ediblər.

İş adamları və rəsmi şəxslərlə görüş zamanı birgə fəaliyyət perspektivləri müzakirə olunub.