Bu ilin oktyabr ayında Azərbaycanda pul bazası sentyabr ayı ilə müqayisədə 526,1 milyon manat və ya 3,2% artaraq 16671,0 milyon manata çatıb.
“vergiler.az”ın Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-oktyabr ayları ərzində pul bazası 7,1% və ya 1 266,6 milyon manat azalıb.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonuna Azərbaycanda pul bazası 17937,6 milyon manat olub.