BVF 2023-cü ildə Azərbaycanda qaz hasilatının artacağını proqnozlaşdırır

2022.11.01 10:35 (UTC+04:00)

Azərbaycan üçün 2022-ci ildə neftin “zərərsiz” fiskal qiyməti (fiscal breakeven oil price) bir barel üçün 46,7 dollar, 2023-cü ildə isə 35,7 dollar təşkil edəcək.

vergiler.az” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə oktyabr ayına dair regional icmalında deyilir.

Qeyd edək ki, 2021-ci ildə bu rəqəm bir barel üçün 58,1 dollar olub.

BVF-nin hesablamalarına görə, 2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft hasilatı 0,69 milyon barel olacaq ki, bu da 2021-ci ilin göstəricisi ilə eynidir.

2022-ci ildə ölkədə qaz hasilatı gündəlik 0,81 milyon barel neft ekvivalenti (2021-ci ildə neft ekvivalenti gündəlik 0,79 milyon barel olub), 2023-cü ildə isə gündəlik 0,86 milyon barel təşkil edəcək.

BVF 2022-2023-cü illərdə Azərbaycandan neft ixracının ildə 0,56 milyon barel, qaz ixracının 2022-ci ildə gündəlik 0,45 milyon barel neft ekvivalenti, 2023-cü ildə gündəlik 0,49 milyon barel neft ekvivalenti təşkil edəcəyini proqnozlaşdırır.