Çinin təklif etdiyi “Bir kəmər, bir yol” təşəbbüsü bu yol boyunca yerləşən ölkə və regionların inkişafını təşviq etmək, xalqları bir-birinə daha da yaxınlaşdırmaq, ticarət-iqtisadi, nəqliyyat, logistika və humanitar əlaqələri dərinləşdirmək üçün yeni imkanlar yaradıb.
“vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı “Sinxua” agentliyinə müsahibəsində deyib.
Səfirin sözlərinə görə, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində qarşılıqlı əlaqə yaratmağa, ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədilə Çin ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
"Əminəm ki, Çin gələcəkdə qlobal sülhün qorunmasına və bütün dünyada ümumi inkişafın təşviqinə daha böyük töhfələr verəcək", - deyə Əkrəm Zeynallı qeyd edib.