Bu ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub.
“vergiler.az” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, əldə olunan gəlirin 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 faizi ictimai iaşə xidmətlərindən, 3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.