“Növbəti məqsəd iqtisadi təşəbbüslər və islahatların keçirilməsində həm müəssisələrin fəaliyyətinin çevikliyinin təmin olunmasına, həm də sosial maraqların qorunmasına nail olmaqdır”.
“vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında bildirilib.
İclasda qeyd olunub ki, “Doing Business” hesabatı daha çox müəssisələrdə sadələşdirilmiş prosedurlar əsasında inzibatçılığın təmin olunması, qanunvericiliyin asanlaşdırılmasını nəzərdə tuturdusa, hazırkı layihədə eyni zamanda paralel olaraq balanslaşdırılmış şəkildə sosial maraqların qorunması, cəmiyyət üçün hansı faydaların verilməsi, həm özəl sektor, həm də dövlət tərəfindən paralel şəkildə qiymətləndirilmə nəzərdə tutulur.
“Yeni layihə konseptual olaraq dəyişdirilmiş layihədir. Onun həm əhatə dairəsi genişləndirilib, həm də mandatı daha da dərinləşdirilib”, - deyə iclas iştirakçıları əlavə edib.
Qeyd olunub ki, üç mərhələdən ibarət olan bu layihə 10 indikator əsasında formalaşıb. İlk indikator biznesə daxilolma indikatorudur ki, bu sahədə müvafiq islahat təşəbbüsləri hazırlanıb. Hesab olunur ki, bu tədbirlərin davamlı olaraq həyata keçirilməsi biznes mühitinin təməl prinsipi olan ilkin qeydiyyatın bütün sahələrdə asanlaşdırılmasını və paralel olaraq təhlükəsizliyini təmin edəcək.
İkinci mərhələ daha çox biznesin həyata keçirilməsi ilə bağlıdır (kommunal xidmətlər, işçi qüvvəsi və s.).
“Doing Business” hesabatı daha çox müəssisələrdə sadələşdirilmiş prosedurlar əsasında
inzibatçılığın təmin olunması, qanunvericiliyin asanlaşdırılmasını nəzərdə tuturdusa,
hazırkı layihədə eyni zamanda paralel olaraq balanslaşdırılmış şəkildə sosial
maraqların qorunması, cəmiyyət üçün hansı faydaların verilməsi, həm özəl sektor,
həm də dövlət tərəfindən paralel şəkildə qiymətləndirilmə nəzərdə tutulur.
İclas iştirakçılarının sözlərinə görə, hər bir indikatorla bağlı komissiya çərçivəsində xüsusi işçi qrupları yaradılıb ki, onlar tərəfindən Yol Xəritələri hazırlanaraq təsdiq üçün təqdim olunub.
“Bu sahədə işlərin koordinasiya şəkilində təşkili, eyni zamanda, maraqlı tərəflərin prosesdə aktiv iştirakını təmin etmək məqsədilə müvafiq sahədə tapşırıqlar və tövsiyələr təqdim olunub. Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsi ilə “Doing Business” layihəsi arasında kifayət qədər ciddi fərq var. Burada hər bir indikator üzrə həm “de-yure” aspektindən yanaşma, yəni qanunvericilikdə müvafiq müddəaların olması, həm də həmin müddəaların praktikada nə dərəcədə səmərəli şəkildə icrasına nəzər yetiriləcək. Yeni layihənin maraqlı xüsusiyyətlərindən biri də onun strukturunda kifayət qədər təkmil amillərin olmasıdır”, - deyə iclasda vurğulanıb.
Qeyd olunub ki, biznesə daxilolma indikatoru “Doing Business”də “Starting businesss” (biznesə başlama) indikatorunun bazasında formalaşıb, lakin əhatə dairəsinə görə kifayət qədər genişləndirilmiş indikator olaraq çıxış edir.
“Biz bilirik ki, biznesə başlama indikatorunda daha çox yerli MMC-lərin təsis olunması məsələləri qiymətləndirilirdisə, hazırda biznesə daxilolma indikatorunda həm də xarici hüquqi şəxslərin ölkəmizdə qeydiyyatdan keçirilməsi proseslərinin səmərəliliyi və asanlığı qiymətləndiriləcək. Bu baxımdan Komissiya çərçivəsində müvafiq sahələr üzrə sistemli qaydada işlər həyata keçirildi. İlk olaraq belə qərara gəlindi ki, biz struktur olaraq İşçi qruplarının həm tərkibinə, həm də mandatına baxmalıyıq. Bu baxımdan biznesə daxilolma işçi qrupu yenidən təşkil olundu. İşçi qrupa həm dövlət qurumları, həm də özəl sektorunun nümayəndələri cəlb olunub”, - deyə iclas iştirakçıları bildirib.
Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin elementlərinin
yerli qanunvericilikdə və praktikada nə dərəcədə nəzərə alındığı
müəyyən olunmalı idi. Bu baxımdan “Selfe asseesment” (Özü-özünü
qiymətləndirmə) formatında ciddi araşdırma aparıldı.
Belə ki, müvafiq sahədə diaqnostikanın aparılması olduqca önəm kəsb edirdi. Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin elementlərinin yerli qanunvericilikdə və praktikada nə dərəcədə nəzərə alındığı müəyyən olunmalı idi. Bu baxımdan “Selfe asseesment” (Özü-özünü qiymətləndirmə) formatında ciddi araşdırma aparıldı.
“İşçi qrupu çox faydalı və ciddi müzakirələr apararaq qısa müddətdə diaqnostika matrisasını hazırladı, qarşıda duran prioritetləri, imkanları və riskləri qiymətləndirərək təhlil etdi. Bu sahədə özəl sektorla da səmərəli müzakirələr aparıldı, onların fikirləri nəzərə alındı. Nəticədə Yol Xəritəsi hazırlanaraq təsdiq üçün təqdim olundu. Yol Xəritəsinin layihəsi ilə komissiyanın internet portalı vasitəsilə tanış olmaq olar (https://azranking.az/action-plans)”, - deyə iclas iştirakçıları bildiriblər.
Yol Xəritəsində kifayət qədər ciddi tədbirlərin və əhəmiyyətli layihələrin əks olunduğu söylənilərək, bu sənədin geniş ictimai müzakirələrə çıxarılmasının vacibliyi vurğulanıb
“Bu layihələrin icrasında özəl sektorun, biznes assosiasiyalarının çox mühüm rolu var. Biz xahiş edirik ki, bundan sonrakı dövrdə biznes assosiasiyaları bu Yol Xəritəsini öz nümayəndələri ilə paylaşsınlar, onlarla müzakirə etsinlər və əldə etdikləri təklifləri, yenilikləri müvafiq platformalar vasitəsilə işçi qrupuna təqdim etsinlər ki, onlar da icra prosesində həmin təklifləri nəzərə alsınlar. Hazırlanmış layihələr qəbul olunmadan öncə özəl sektorla paylaşılacaq ki, bütün təkliflər anında layihədə öz əksini tapsın”, - iclas iştirakçıları vurğulayıblar.
Hüseyn VƏLİYEV