2022-ci ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 29 milyard 719,8 milyon manat çox olub. Maliyyə Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyard 698,4 milyon manat (29,1 faiz) çoxdur.
Bu dövrdə icmal büdcənin xərcləri isə 22 milyard 569,6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 107,2 milyon manat (16,0 faiz) çox icra olunub.
2022-ci ilin doqquz ayı ərzində icmal büdcədə 7 milyard 150,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 591,2 milyon manat və ya 2 dəfə çoxdur.