Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 39 814.44 mln. ABŞ dolları təşkil edib.
"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 16 840.14 mln. dollar və ya 73,3% çoxdur.
Cari ilin doqquz ayında ixrac əməliyyatları 29 521.13 mln. dollar olub ki, bu da 2021-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 14 891.31 mln. dollar və ya 2 dəfədən çoxdur.
Hesabat dövründə ölkənin idxal əməliyyatlarının dəyəri 10 293.31 mln. dollar olub ki, bu da bir il öncəki göstəricidən 1 948.83 mln. dollar və ya 23,3% çoxdur.
Nəticədə ölkənin xarici ticarətində 19 227.82 mln. dollar məbləğində müsbət saldo yaranıb. İllik ifadədə xarici ticarət üzrə müsbət saldo 3 dəfədən çox artıb.