Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 262 066,4 ABŞ dolları dəyərində 744 200,35 ton buğda idxal edilib. "vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 43,4%, həcmi isə 7,9% artıb.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,55%-nə bərabər olub.