Bu il Xəzər dənizindən İtaliyaya 10 milyard kubmetr qazın nəqli planlaşdırılır ki, bu da ötən illə müqayisədə təxminən 3 milyard kubmetr çoxdur. “Vergiler.az” İtaliya mətbuatına istinadən xəbər verir ki, bunu TAP konsorsiumunun icarçı direktoru Luka Şippati deyib.
O, yanvar və iyul aylarında operatorlara əlavə tutum sifariş etmə imkanının yaradılacağını bildirib.
“Bu baş verərsə, biz TAP-ın gücünü 20 milyard kubmetrə çatdıra bilərik. Biz bazara bütün şərtləri təklif etməyə çalışırıq ki, tələb təkliflə üst-üstə düşsün”, - deyə Luka Şippati qeyd edib.