Noyabrın 11-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən “vergiler.az”a verilən məlumata görə, hərracda 1 lot üzrə Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” gil yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və 6 lot üzrə Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı satışa çıxarılacaq.
Yataqların başlanğıc qiyməti 2400 - 40865 manat arasında dəyişir.