Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 2116,71 milyon ABŞ dolları təşkil edib. “Vergiler.az” Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun yaydığı məlumata istinadən xəbər verir ki, təkcə cari ilin sentyabr ayında ixracın dəyəri 231,25 mln. dollar olub ki, bu da 2021-ci ilin eyni ayının göstəricisini 3% üstələyir.
Bu ilin üçüncü rübündə, ötən ilin eyni rübü ilə müqayisədə qeyri-neft ixracının dəyəri 1,9% artaraq 659,09 mln. dollara çatıb.
Xatırladaq ki, 2021-ci ilin yekunlarına görə, ölkənin qeyri-neft ixracı bir il öncəki ilə nisbətdə 47,2% artaraq 2713,4 mln. dollar təşkil edib.