Azərbaycan kommunikasiya layihələrinə böyük önəm verir və bu layihələr çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycandan Qazaxıstan və Türkmənistana fiber-optik kabellər çəkilir.
“Vergiler.az” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada keçirilən II Xəzər İqtisadi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təşəbbüslər müasir, yüksək sürətli və təhlükəsiz məlumat ötürülməsi infrastrukturunun qurulmasına və bir sıra aparıcı Avropa-Asiya magistral marşrutlarına çıxış imkanı yaradacaq.
“Bu il sentyabrın 28-də Azərbaycan və Qazaxıstanın aparıcı telekommunikasiya operatorları Astanada müvafiq layihə üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar”, - deyə Baş nazir bildirib.