Türk Dünyası Sığorta Birliyinin "Yol Xəritəsi" hazırlanıb

2022.10.06 11:44 (UTC+04:00)

Vergiler.az” Azərbaycan Sığortaçılar Assosiasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, sənəddə Birliyin strateji hədəfləri və fəaliyyət prinsipləri ilə yanaşı, üzv ölkələrin qarşılıqlı əməkdaşlıq istiqamətləri, Birliyin illik assambleyalarının təşkili ilə bağlı məsələlər və digər vacib istiqamətlər yer alıb.

Bu ilin oktyabr ayında Türk Dünyası Sığorta Birliyinə üzv ölkələrin sığortaçılar birliklərinin rəhbərləri arasında görüş keçiriləcək və hazırlanmış "Yol Xəritəsi" müzakirəyə çıxarılacaq. Görüşdə həmçinin Birliyin ilk illik assambleyasının keçiriləcəyi tarix və ölkə də müəyyənləşəcək.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi bu ilin may ayının 24-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Konqresinin zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın sığortaçılar birliklərinin iştirakı ilə təsis edilib.