Bolqarıstanla yeni barter mexanizmləri tətbiq edilə bilər

2022.10.06 10:16 (UTC+04:00)

Bolqarıstan və Azərbaycan arasında elektrik enerjisi və qazın barter edilməsi ideyası qaz və hazır məhsulların barter edilməsi ideyasına çevrilib. “Vergiler.az” xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatına açıqlamasında bu ölkənin iqtisadiyyat naziri vəzifəsini icra edən Nikola Stoyanov deyib.

Onun sözlərinə görə, Bolqarıstanın iki böyük gübrə zavodu var və Azərbaycan da bu məhsulun əsas istehsalçısıdır.

“Gübrələrin daşınması qazın daşınmasından daha ucuz başa gəlir. Yəni hansısa ölkə bu zavoda qaz verirsə, əvəzində ona gübrə verilə bilər və beləliklə, daşınmanın logistik xərclərini çəkməyə ehtiyac qalmayacaq. Azərbaycan isə gübrəni birbaşa Avropaya sata bilər”, - deyə Nikola Stoyanov qeyd edib.