Moskva və Ankara Rusiyanın “Mir” ödəniş sisteminə alternativ olaraq Türkiyənin “Troy” ödəniş sistemindən istifadə imkanlarını müzakirə edirlər. “Vergiler.az” xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Hazırda bu məsələ ilə iki ölkənin mərkəzi banklarının məşğul olduğu qeyd edilir. Bankların nümayəndələrinin ilk görüşü oktyabrın 4-də keçirilib. Nəşrin yazdığına görə, Rusiya Bankının icazəsi ilə ABŞ-ın sanksiyalarına məruz qalmayan yerli banklar “Troy”u qəbul edərsə və ya Rusiyada fəaliyyət göstərən türk banklarında hesab açıb “Troy” ilə inteqrasiya olunan kart alarsa, rusiyalı turistlər Türkiyədə bu kartlar vasitəsilə ödənişlərini həyata keçirə biləcəklər.