Bank sektorunun aktivləri 30,5 milyard manat olub

2020.08.26 16:50 (UTC+04:00)

Azərbaycanda bank sektorunun aktivləri avqustun 1-nə 30 milyard 503,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi 14 milyard 204,5 milyon manat, bank sektorunun cəmi öhdəlikləri 25 milyard 848,1 milyon manat, depozit portfeli (maliyyə institutları istisna olmaqla) 19 milyard 367,4 milyon manat olub. Bunun 7 milyard 675,4 milyon manatı fiziki, 11 milyard 692 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. Hesabat dövründə bank sektorunun balans kapitalı 4 milyard 655,3 milyon manat təşkil edib.