Azərbaycan neftinin qiyməti bahalaşıb

2020.08.26 12:00 (UTC+04:00)

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 46,60 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.