Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Buzovnada yenidən qurulan yataqxana binasının açılışında iştirak ediblər

2020.08.26 10:55 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yenidən qurulan 99 mənzildən ibarət yeddimərtəbəli yataqxana binasının açılışında iştirak ediblər.