Aksizli və ya məcburi nişanlanmalı malların dövriyyəsinə vergi nəzarəti

2019.02.14 10:21 (UTC+04:00)

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər çərçivəsində aksizli mallara vergi nəzarətini nəzərdə tutan müddəalar üzrə əlavə və dəyişikliklər aparılıb. Məcəllənin 190-cı maddəsi ilə müəyyənləşən aksizli malların siyahısına energetik içkilər, elektron siqaretlər üçün maye və avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) əlavə edilməklə aşağıdakı aksiz vergisi dərəcələri müəyyənləşdirilib:

Həmçinin, tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üzrə əvvəl tətbiq olunan 1.000 ədədinə 12 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək 1.000 ədədinə 20 manat və siqarlar üzrə əvvəl tətbiq olunan 1.000 ədədinə 10 manat aksiz vergisi dərəcəsi dəyişdirilərək, 1 ədədinə 1 manat olaraq müəyyənləşdirilib.

Əlavə olaraq, minik avtomobilləri üzrə aksiz vergisinin dərəcələri aşağıdakı kimi dəyişdirilir:

Əvvəl Dəyişiklikdən sonra
- mühərrikin həcmi 2.000 kub.sm-dək olduqda

0,2 manat

0,3 manat

- mühərrikin həcmi 3.000 kub.sm-dək olduqda 400 manat + mühərrikin həcminin 2001- 3.000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 3 manat 600 manat + mühərrikin həcminin 2001- 3.000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 5 manat
- mühərrikin həcmi 4.000 kub.sm-dək olduqda 3.400 manat + mühərrikin həcminin 3.001- 4.000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 8 manat 5.600 manat + mühərrikin həcminin 3.001- 4000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 13 manat
- mühərrikin həcmi 5.000 kub.sm-dək olduqda 11.400 manat + mühərrikin həcminin 4.001- 5.000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 20 manat 18.600 manat + mühərrikin həcminin 4.001- 5.000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə – 35 manat
- mühərrikin həcmi 5.000 kub.sm-dən çox olduqda 31.400 manat + mühərrikin həcminin 5.000 kub.sm-dən çox hissəsi üçün hər kub.sm-ə görə – 40 manat 53.600 manat + mühərrikin həcminin 5.000 kub.sm-dən çox hissəsi üçün hər kub.sm-ə görə – 70 manat

Vergi inzibatçılığı baxımından aparılan dəyişikliklər üzrə yeni anlayış – "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara tətbiq olunan markaların üzərində yerləşdirilən məcburi nişanlama kodu və digər qoruyucu elementlər" məzmununda məcburi nişanlama anlayışı əlavə edilmişdir. Bununla əlaqədar olaraq, Vergi Məcəlləsinin müvafiq maddələrində aksizli mallarla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı olan malların dövriyyəsinin tənzimlənməsi məqsədilə vergi orqanı və vergi ödəyicisinin hüquq və vəzifələrini, həmçinin vergi nəzarəti tədbirlərini əhatə edən əlavə və dəyişikliklər yer alıb.

Dövlət başçısının 28 iyul 2018-ci il tarixli 260 nömrəli sərəncamı ilə təsdiq edilmiş "İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair" Tədbirlər Planının 2.7-ci bəndində Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan məcburi nişanlanmalı mallara aksiz markalarının tətbiqi, təqdim edilməsi, uçotunun aparılması və dövriyyəsinə nəzarət edilməsi məqsədilə 2019-cu ilin 01 yanvar tarixindən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat - "Track and Trace" ("İzləmək və qeydə almaq") sisteminin tətbiq edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçılarına yalnız əlavə dəyər vergisi ödəyicisi olmaq hüququ verilərək, Vergi Məcəlləsinə vergilərin azaldılması və vergidən yayınma hallarına maliyyə sanksiyaların tətbiqini əhatə edən yeni 58.14-cü maddə əlavə edilərək aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə maliyyə sankiyasının tətbiqi nəzərdə tutulub. Bu maddəyə əsasən, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə isə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Məcəllənin 58.9-cu maddəsinə edilmiş dəyişikliklə aksizli mallara əlavə olaraq məcburi nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmamasına, tam uçota alınmamasına, məcburi nişanlamanın inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, qanunvericiliyin tələbləri pozulmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə 5.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi nəzərdə tutulub. Vergi Məcəlləsinin 187-ci maddəsində bildirilir ki, aksizli malların ixracı "sıfır" dərəcə ilə vergiyə cəlb olunur.

Məcəllənin 188-ci maddəsində azadolmalar haqqında məlumat verilir. Aşağıdakılar aksizdən azad edilir:

Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Fəxriyyə İKRAMQIZI