"Facebook" Fransa hökumətinə 100 milyon avrodan artıq borc ödəyəcək

2020.08.26 13:05 (UTC+04:00)

Dünyanın ən populyar şirkətlərindən olan "Facebook" cari onillik üzrə Fransa hökumətinə müəssisə vergisi kimi əlavə 100 milyon avrodan artıq vəsait ödəyəcək. "Biz öz vergi öhdəliklərimizə ciddi yanaşırıq, fəaliyyət göstərdiyimiz bazarlarda vergi ödəyir və yerli vergi orqanları ilə yaxından əməkdaşlıq edirik" – şirkətdən bildirilib.

Dəqiqləşdirməyə görə, haqqında bəhs olunan 100 milyon avroluq vəsait 2009-2018-ci illərə aid borclardır. "Frans-Press" agentliyinin məlumatında qeyd olunub ki, Fransanın vergi administrasiyası vergi sirri mülahizəsinə əsaslanaraq bu vəziyyətlə bağlı açıqlama verməkdən imtina edib.