Ərzaq, içkilər və tütünün istehlak qiymətləri indeksi artıb

2020.08.21 14:18 (UTC+04:00)

2020-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 99,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə istehlak qiymətləri indeksi 105,3 faiz olub.

2020-ci ilin iyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi iyun ayı ilə müqayisədə 100 faiz, 2020-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,3 faiz təşkil edib.