2020-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4919,6 milyon manat təşkil edib ki, onun da 2450,9 milyon manatı heyvandarlıq, 2468,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 0,7 faiz artım olub.